• Bakı 28° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

“Freedom House”un hesabatının məqsədi budur - İcma

SİYASƏT

01 Iyul 2024 | 21:01

“Freedom House”un hesabatının məqsədi budur - İcma

Artıq uzun müddətdir özünü radikal erməni diasporasının muzdlu çarçısına çevirmiş “Freedom House” 2024-cü il iyulun 1-də növbəti anti-Azərbaycan hesabat dərc etmişdir. Hesabatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur.

"Sözügedən hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər.

Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşmüşdür", - bəyanatda vurğulanıb.


SON XƏBƏRLƏR

03 Iyul 2024