• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Avstriya bunu ABŞ-ın təzyiqi ilə edib - Zaxarova

DÜNYA

02 Iyul 2024 | 00:45

Avstriya bunu ABŞ-ın təzyiqi ilə edib - Zaxarova

Avstriya ABŞ-ın təzyiqi ilə TASS müxbirlərinin akkreditasiyasını ləğv edib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, bu hadisədən sonra Avstriyanın Rusiyadakı səfiri Verner Almhofer Vyananın rusiyalı jurnalistlərə qarşı iddialarına aydınlıq gətirmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, lakin dəqiq cavab alınmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Avstriya TASS-ın müxbiri Arina Davidyanın akkreditasiyasını ləğv edib. Aprel ayında da Avstriya hakimiyyəti TASS-ın müxbiri İvan Popovun akkreditasiyasını ləğv edib.


SON XƏBƏRLƏR

03 Iyul 2024