• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

AVRO-2024: Türkiyə millisi Avstriyaya qarşı

İDMAN

02 Iyul 2024 | 08:37

AVRO-2024: Türkiyə millisi Avstriyaya qarşı

Futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bugünkü iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olacaq. 

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.

Leyptsiqdəki  "Red Bull Arena"da isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları qarşılaşacaq.  

AVRO-2024

1/8 final

2 iyul

20:00. Rumıniya - Niderland

23:00. Avstriya - Türkiyə

 


SON XƏBƏRLƏR

03 Iyul 2024