• Bakı 16° C

    3.68 m/s

"Ayaks" Avropa çempionatının bombardirini Fransa klubuna satdı

İDMAN

01 Iyul 2024 | 19:21 | Müəllif: Subhan Mahmudov

"Ayaks" Avropa çempionatının bombardirini Fransa klubuna satdı

Niderlandın "Ayaks" klubu Gürcüstan millisinin hücumçusu Corc Mikautadzeni Fransa təmsilçisi "Mets"ə satıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransızlar futbolçu üçün 13 milyon avro ödəyib. 23 yaşlı hücumçu ötən mövsüm "Mets"də icarə əsasında çıxış edib və 14 qol vurub.

Qeyd edək ki, G.Mikautadze Almaniyada təşkil olunan Avropa çempionatında Gürcüstan millisinin heyətində meydana çıxdığı 4 oyunda 3 qol vurub və bombardirlər siyahısında yer alıb. Gürcüstan yığması 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026