• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Ukrayna erməni şərabçılarına sanksiya tətbiq edəcək

İQTİSADİYYAT

01 Iyul 2024 | 19:28

Ukrayna erməni şərabçılarına sanksiya tətbiq edəcək

Ukraynanın dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu məhsulları Rusiyada satılan erməni və gürcü şərabçılarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat “Economic Truth” nəşri tərəfindən yayılıb.

Nəşrin məlumatına görə, Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası məhsulları həm Ukrayna, həm də Rusiya bazarlarına çıxarılan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqini tələb edir. Korporasiyadan Ukrayna Təhlükəsizlik Xidmətinə göndərilən siyahıda 17 müəssisənin, o cümlədən "Ararat", "Sarajişvili" brendləri və “Askaneli qardaşları” şərab istehsalçılarının adları yer alıb.

Həmin müəssisələrin 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. Mediada yayılan məlumatlara görə, 2022-ci ildə Ukrayna ticarət şəbəkələrində Ermənistan və Gürcüstandan gətirilən 17,2 milyon dollar məbləğində 7,5 min tondan çox şərab məhsulları və konyak satılıb.


SON XƏBƏRLƏR

03 Iyul 2024