• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Narkokartellər arasında qarşıdurma - 20 ölü

DÜNYA

02 Iyul 2024 | 09:10

Narkokartellər arasında qarşıdurma - 20 ölü

Meksikanın cənubundakı Çiapas ştatında narkokartellər arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Excelsior" Meksika ştatının İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə digər qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində qeydə alınıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində 15 meyit olan yük maşını aşkar ediblər, digərlərinin meyiti isə müxtəlif ərazilərdən tapılıb.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.


SON XƏBƏRLƏR

03 Iyul 2024