• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edildi

HADİSƏ

02 Iyul 2024 | 10:47

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edildi

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib.

    Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.


    SON XƏBƏRLƏR

    03 Iyul 2024