• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

İyunda neçə nəfəri gün vurub?

CƏMİYYƏT

02 Iyul 2024 | 11:43

İyunda neçə nəfəri gün vurub?

2024- cü ilin İyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar olaraq  27 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə. onlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.

Bildirilib ki, yerində yardım göstərilənlərdən iki nəfər 6-7 yaşlarında şəxslərdir.

Qeyd olunub ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar olaraq 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub. 7 nəfərə isə yerində yardım göstərilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Iyul 2024