• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

DÜNYA

01 Iyul 2024 | 18:40

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Astana şəhərində mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə vətəndaşlarına müraciət edib.

Bakıvaxtı.az Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə istinadən xəbər verir ki, Astana, Almatı, Qaraqanda və Kökşetau sakinlərinə xəbərdarlıq edilib ki, Astanaya sammit üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə, dörd şəhərdə terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır və sakinlər üçün bir sıra məhdudiyyətlər tətbiq edilir.

Qurumdan bildirilib ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Çin Xalq Respublikası Sədrinin dövlət səfəri də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək.

Məlumata görə, antiterror əməliyyatlarının keçirilmə zonalarında fiziki şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Mühafizə olunan şəxslərin xüsusi marşrut üzrə hərəkət etdiyi ərazilərdə şəhər sərnişin nəqliyyatının hərəkəti dayandırılacaq.


SON XƏBƏRLƏR

03 Iyul 2024