• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İranda “qisas bayrağı” qaldırıldı - VİDEO

DÜNYA

31 Iyul 2024 | 16:37

İranda “qisas bayrağı” qaldırıldı - VİDEO

İranın Qum şəhərindəki Cəmkəran məscidində qırmızı bayraq qaldırılıb.

Bakıvaxtı.az İran KİV-nə istinadən xəbər verir ki, bayraq HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin qisasını almaq əlaməti olaraq ucaldılıb.

Qeyd edək ki, sözügedən qırmızı bayraq öldürülən şəxsin qisasını almağa çağırışı simvollaşdırdığından “qisas bayrağı” adlandırılır.

Daha öncə qırmızı bayraq bu ilin yanvarında yüzdən çox insanın həlak olduğu Kirmanda qəbiristanlıqda baş verən partlayışlardan sonra, ondan əvvəl isə 2020-ci ilin yanvarında ABŞ-nin Bağdad hava limanı yaxınlığındakı hücumunda öldürülən İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra Cəmkəran məscidinin günbəzində asılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR