• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çindən İsrailə çağırış: Əməliyyatları dayandırın

DÜNYA

30 Avqust 2024 | 15:22 | Müəllif: Gülşən Şərif

Çindən İsrailə çağırış: Əməliyyatları dayandırın

"Çin İordan çayının qərb sahilində başlatdığı hərbi əməliyyatdan sonra İsraili gərginliyi artırmaqdan çəkinməyə çağırır".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Pekində keçirilən gündəlik mətbuat konfransında çıxışı zamanı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien deyib.

Fələstindəki vəziyyəti yaxından izlədiklərini ifadə edən sözçüsü Linin sözlərinə görə, Çin gərginliyi artıran hərəkətlərə qarşıdır və mülki şəxslərə qarşı hər cür hücumu pisləyir:

"Bütün tərəfləri, xüsusən də İsraili təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırırıq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026