• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub - YENİLƏNİB

İDMAN

01 Iyul 2024 | 21:55 | Müəllif: Subhan Mahmudov

AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub - YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.

Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

 

21:46

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar hesabda önə çıxıb.

85-ci dəqiqədə Sadio Mane fərqlənib.

21:05

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.

Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

20:50

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.

Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Düsseldorfdakı "Esprit Arena"da keçirilir.

Qeyd edək ki, görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026