• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edildi

CƏMİYYƏT

30 Iyun 2024 | 09:03 | Müəllif: Subhan Mahmudov

Keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edildi

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb.

Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb.

O, narkotiki sosial şəbəkədən tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026