• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST dünya üzrə meymunçiçəyinə yoluxma sayını açıqladı

DÜNYA

29 Iyun 2024 | 23:38 | Müəllif: Subhan Mahmudov

ÜST dünya üzrə meymunçiçəyinə yoluxma sayını açıqladı

2024-cü ilin may ayında dünyada ən azı 646 meymunçiçəyinə yoluxma halı qeydə alınıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir. 

Yoluxma hadisəsindən 15-i ölümlə nəticələnib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ilin yanvar ayından bu günə qədər yoluxma sayı 97,7 mini keçib.

Mayın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 961) qeydə alınıb. Sonrakı onluqda Braziliya (11 212), İspaniya (8 030), Fransa (4 249), Kolumbiya (4 238), Meksika (4 109), Böyük Britaniya (3 952), Almaniya (3 847), Peru (3 812) və Çin (2,403) qərarlaşıb. 2022-ci ilin əvvəlindən virusa yoluxanların böyük əksəriyyəti (96,4%) 29-41 yaş arası kişilərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026