• Bakı 27° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

AVRO-2024: Bu gün 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək

İDMAN

30 Iyun 2024 | 08:49

AVRO-2024: Bu gün 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.

İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri "Reyn Enerqi" stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə - Slovakiya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, "Feltins Arena".

23:00. İspaniya - Gürcüstan

Baş hakim: Fransua Leteksye (Fransa).

Köln, "Reyn Enerqi" stadionu.


SON XƏBƏRLƏR

01 Iyul 2024