• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

AVRO-2024: İlk 1/4 finalçı bəlli olub - YENİLƏNİB

İDMAN

29 Iyun 2024 | 21:57

AVRO-2024: İlk 1/4 finalçı bəlli olub - YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı təyin edib.

Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

 

***21:08

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, ikinci hissənin əvvəlində isveçrəlilər fərqi iki topa çatdırıblar - 2:0.

46-cı dəqiqədə Ruben Varqas fərqlənib.

21:06

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matçda fasilədən sonra isveçrəlilər 1:0 hesabı ilə öndədirlər.

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

 

***20:50

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşündə ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda keçirilən matçda isveçrəlilər 1:0 hesabı ilə öndədirlər.

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

 

***20:41

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Berlindəki Olimpiya stadionunda keçirilən matçda isveçrəlilər hesabda önə çıxıb.

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

 

***20:01

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir.


SON XƏBƏRLƏR

01 Iyul 2024