• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

İDMAN

30 Iyun 2024 | 20:35 | Müəllif: Subhan Mahmudov

“Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

Bakıvaxtı.az İdman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi “Bandırmaspor”la müqavilə imzalayıb.

Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il “Qarabağ”ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb.

Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026