• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ülkər Kərimovanın yeni klubu məlum olub

İDMAN

30 Iyul 2024 | 16:35 | Müəllif: Əli Hüseynov

Ülkər Kərimovanın yeni klubu məlum olub

Azərbaycan millisinin voleybolçusu Ülkər Kərimovanın yeni klubu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı hücumçu “Murov Az Terminal” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Yığma üzvü ötən mövsüm “Abşeron”da çıxış edib. O, yeni mövsümdə “Gəncə” klubu ilə anlaşsa da, müəyyən səbəblərə görə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ülkər Kərimova karyerası ərzində “Nəqliyyatçı”, “Azəryol”, “Azərreyl”, “Telekom” və “Lokomotiv” klublarının formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026