• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Fernandu Santuş xüsusi mükafata layiq görülüb

İDMAN

29 Avqust 2024 | 15:04 | Müəllif: Əli Hüseynov

Fernandu Santuş xüsusi mükafata layiq görülüb

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş ölkəsi Portuqaliyada xüsusi mükafata layiq görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Liga Portugal Awards”ın seçiminə əsasən, 70 yaşlı mütəxəssis Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi mükafatlandırılıb.

Qeyd edək ki, Fernandu Santuş bu ilin iyununda Azərbaycan millisinə baş məşqçi təyin olunub. O, 2016-cı ildə Portuqaliyaya Avropa çempionluğunu qazandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026