• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ronaldo 1000 qol vurduqdan sonra karyerasını bitirəcək

İDMAN

29 Avqust 2024 | 12:18

Ronaldo 1000 qol vurduqdan sonra karyerasını bitirəcək

Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu 1000 qol vuraraq 41 yaşında karyerasını bitirmək arzusunda olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu bunu İngiltərə yığmasının keçmiş müdafiəçisi Rio Ferdinandın "Yutub" kanalına müsahibəsində deyib.

Hücumçu tezliklə qarşısına 900, daha sonra 1000 qol vurmaq hədəfi qoyacağını, zədəsi olmayacağı təqdirdə karyerasını 41 yaşına qədər davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, 39 yaşlı hücumçunun aktivində 893 qol var (763-ü klub matçlarında, 130-u Portuqaliya millisində). O, beş dəfə Çempionlar Liqasının, üç dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İspaniya və İtaliya çempionatlarının qalibi olub. K.Ronaldu 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu titulunu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026