• Bakı 20° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirdi

İDMAN

27 Sentyabr 2024 | 23:15

Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirdi

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, U-17 yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.


SON XƏBƏRLƏR

27 Sentyabr 2024