• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

7 aylıq hamilə idmançı olimpiadada iştirak etdi

İDMAN

30 Iyul 2024 | 18:35 | Müəllif: Subhan Mahmudov

7 aylıq hamilə idmançı olimpiadada iştirak etdi

7 aylıq hamilə olan misirli qılıncoynadan Nada Hafiz Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib, hətta 1/8 finala çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Meydanda iki iştirakçı var idi, amma əslində üç nəfər idik: mən, rəqibim və doğulmamış körpəm. Biz həm fiziki, həm də emosional olaraq bir çox sınaqlardan keçdik, amma buna dəyərdi. Olimpiadanın 1/8 finalına çıxmağımızla fəxr edirəm. Həyat yoldaşımın və ailəmin etimadı mənə bu qədər irəli getməyə kömək etdi”.

Qeyd edək ki, idmançı amerikalı Elizabet Tarkovskiyə qalib gəlsə də, 1/8 finalda cənubi koreyalı Çon Hyeonqa məğlub olaraq, mübarizəni dayandırmalı olub./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR