• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

"Liverpul" Kyezanı transfer edib

İDMAN

29 Avqust 2024 | 17:55

Liverpul Kyezanı transfer edib

İngiltərənin "Liverpul" klubu İtaliya təmsilçisi "Yuventus"dan Federiko Kyezanı transfer edib.

Bakıvaxtı.az Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb.

Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib. "Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro olaraq göstərib.

Qeyd edək ki, 2022-ci ildən İtaliya klubunun formasını geyinən F.Kyeza bu komandanın heyətində meydana çıxdığı 51 matçda 7 dəfə fərqlənib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024