• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı başa çatıb

İDMAN

28 Sentyabr 2024 | 16:21

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı başa çatıb

Sentyabrın 27-28-də Monteneqronun Budva şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü seminarı keçirilib.

Azərbaycan Milli Olimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, seminarda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil ediblər.

AOK-un prezidenti Spiros Kapralosun, Monteneqro MOK-nun prezidenti Dusan Simonovicin də iştirak etdiyi seminarın ilk günündə BOK-un Təşkilat Komitəsi tərəfindən Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının hesabatları dinlənilib. Ardınca avropalı atletlərin idmandakı nəticələri, “idmanda süni intellektin faydaları”, “İdmanda davamlılıq”, “Gender bərabərliyi” və gələcək inkişaf planları çərçivəsində fikir mübadiləsi aparılıb.

Seminarın ikinci günündə də “idmanda süni intellektin faydaları”, “İdmanda davamlılıq”, “Gender bərabərliyi” ətrafında geniş müzakirələr davam edib. Sonra 2025-ci ildə Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclərinin Qış Olimpiya Festivalı və Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək XVIII Avropa Gənclərinin Yay Olimpiya Festivalı həmçinin Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci seminarı və digər məsələlər də müzakirə olunub.


SON XƏBƏRLƏR