• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

“Qarabağ” 400 klub arasında 63-cü yerdədir

İDMAN

28 Sentyabr 2024 | 16:25

“Qarabağ” 400 klub arasında 63-cü yerdədir

Qitənin 400 klubunun yer aldığı Avropanın top-komandalarının reytinq siyahısı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın dörd komandası ən yaxşılar arasına daxil edilib.

278 xala malik "Qarabağ" 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun çalışdırıcısı olduğu "Qarabağ" klubu Avropa Liqasında "Tottenhem"ə 0:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi "Malmö" 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib "Tottenhem" 23-cü sırada qalıb - 701 xal.

Qeyd edək ki, siyahıya 2 395 xala malik "Real Madrid" başçılıq edir.


SON XƏBƏRLƏR