• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

“Paris-2024”: Türkiyə idmançılarından tarixi medal 

İDMAN

30 Iyul 2024 | 16:08

“Paris-2024”: Türkiyə idmançılarından tarixi medal

Türkiyəni təmsil edən güllə atıcıları “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, Yusuf Dikeç və Şevval İlayda Tarhan cütlüyü 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışının finalında Serbiyadan olan Zorana Arunoviç və Damir Mikeç tandemi ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən görüşdə 16:14 hesabı ilə uduzan türkiyəli atıcılar gümüş mükafata layiq görülüblər. Bu, qardaş ölkənin Olimpiya Oyunlarında iştirakı tarixində atıcılıq üzrə əldə etdiyi ilk medal olub. Türkiyə idmançıları daha əvvəl olimpiadada güləş, ağır atletika, taekvondo, boks, karate, yüngül atletika, cüdo, kamandan oxatma və gimnastika üzrə yarışlarda fəxri kürsüyə qalxıblar.

Qeyd edək ki, Serbiya atıcılarının birinci olduğu bu kateqoriyada Manu Baker və Sarabjot Sinqdən ibarət Hindistan komandası üçüncü yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026