• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Seçkinin ilkin nəticəsi - Makrona daha bir zərbə

DÜNYA

30 Iyun 2024 | 23:00

Seçkinin ilkin nəticəsi - Makrona daha bir zərbə

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı Milli Birlik Partiyası liderlik edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV-nin məlumatında bildirilir.

Beləliklə, ilkin nəticələrə görə, Milli Birlik 33%, solçu Yeni Xalq Cəbhəsi alyansı 28,5% səs toplayır. “Respublika naminə birlikdə” prezident koalisiyası 22% səs toplayıb.

“Elabe” sosioloji xidmətinin məlumatına görə, ikinci turdan sonra Milli Birlik Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) 260-dan 310-a qədər, Yeni Xalq Cəbhəsi - 115-dən 145-ə qədər, Makronin koalisiyası isə 90-dan 120-yə qədər yer ala bilər.

Qeyd edək ki, Avropa Parlamentinə seçkiləri uduzduqdan sonra Makron növbədənkənar parlament seçkiləri elan etmişdi. Bu gün seçkilərin birinci turu keçirilib, ikinci tur 7 iyulda baş tutacaq.


SON XƏBƏRLƏR