• Bakı 27° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Qalib gəlməsək, bizi yaşamağa qoymazlar - Rus oliqarx

DÜNYA

30 Iyun 2024 | 08:59

Qalib gəlməsək, bizi yaşamağa qoymazlar - Rus oliqarx

Ukraynaya genişmiqyaslı hücumdan şoka düşən rus oliqarxlar artıq yeni reallıqla barışıblar və qələbəyə ümid edirlər. Onların bir çoxu Vladimir Putinin Kiyevi ələ keçirənə qədər dayanmayacağını bildirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Foreign Affairs" məlumat yayıb.

Bildirilib ki, Rusiya oliqarxlarının sonda Putinin tərəfini tutmasının bir neçə səbəbi var. Bunlardan biri repressiya altına düşmək qorxusudur. İkincisi, hər hansı bir müqavimətin perspektivsizliyini dərk etməkdir. Üçüncü və ən başlıcası isə Rusiyanın cəbhədə qalib gələ biləcəyinə inamdır.

"Qalib kimi təcrid edilmək pisdir, amma uduzan tərəf olmaq daha pisdir. Müharibədə qalib gəlməliyik. Əks halda onlar bizi yaşamağa qoymayacaqlar və təbii ki, Rusiya dağılacaq", - anonim rus oliqarx bildirib./axar.az


SON XƏBƏRLƏR

01 Iyul 2024