• Bakı 28° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Zeytunda möcüzəvi maddə tapıldı

CƏMİYYƏT

01 Iyul 2024 | 18:00

Zeytunda möcüzəvi maddə tapıldı

Zeytundan əldə edilən elenolik turşu diabetli siçanların qanında şəkərin səviyyəsini azaltmağa və onların arıqlamasına kömək edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Qidalanma Cəmiyyəti (ASN) məlumat yayıb.

Alimlər öz işlərinə GLP-1 və PYY hormonlarına təsir edən təbii maddələrin axtarışı ilə başlayıblar. Sonuncusu toxluq hissi yaradır və həddindən artıq yeməyin qarşısını alır.

Laboratoriya siçanlarına elenolik turşu verilib. Bir həftədən sonra kök heyvanların çəkisi azalıb və bu maddə verilməyən heyvanlarla müqayisədə qanda şəkərin səviyyəsi aşağı düşüb.

Elenolik turşu qida qəbulunu əhəmiyyətli dərəcədə azaldıb və arıqlamağa kömək edib./Oxu.az


SON XƏBƏRLƏR

03 Iyul 2024