• Bakı 28° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

CƏMİYYƏT

01 Iyul 2024 | 18:14

Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gündən Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.


SON XƏBƏRLƏR

03 Iyul 2024