• Bakı 18° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

“Russneft” Azərbaycandakı aktivlərindən çıxıb

İQTİSADİYYAT

01 Iyul 2024 | 18:30 | Müəllif: Subhan Mahmudov

“Russneft” Azərbaycandakı aktivlərindən çıxıb

Rusiyanın “Russneft” şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd edilib ki, “Russneft” şirkəti Britaniya-Virciniya şirkəti (GEA) Holdings Ltd.” əlaqələrini kəsib. “GEA Holdings Ltd” şirkəti isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşdır. GEA vasitəsilə "Russneft" "Abşeron", "Binəqədi", "Nefteçala" və "Şirvan" yataqlarının işlənməsində iştirak edib.

Kayman adalarından olan 4 şirkət də "Russneft"in strukturundan xaric edilib.

Beləliklə, “Russneft”in xarici istehsal aktivləri qalmayıb.

Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə “Russneft” 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026