• Bakı 27° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Demokratların Baydeni əvəzləyəcək alternativi yoxdur

DÜNYA

30 Iyun 2024 | 09:26

Demokratların Baydeni əvəzləyəcək alternativi yoxdur

ABŞ-ın məşhur “Time” jurnalı demokratların Baydeni əvəz edə biləcək alternativlərinin olmadığını yazıb.

Bakıvaxtı.az xəbər verir ki, jurnal bütün namizədlərin ABŞ-ın sabiq prezidenti Donald Trampdan reytinqcə aşağıda olduğunu yazıb.

Demokratlar qarşıdan gələn seçkilərdə ABŞ prezidenti Co Baydeni kimin əvəzləyəcəyinə əmin deyillər. Bu onları daha da çətin vəziyyətə salır.

Jurnalda dərc olunan məqalədə deyilir ki, Bayden özü prezidentlik yarışını tərk etsə belə, partiya yeni namizəd seçməkdə tələskənliyə görə daha ​​da çətin vəziyyətə düşəcək. ABŞ-ın vitse-prezidenti Kamala Harris və Kaliforniya qubernatoru Qevin Nyusom da daxil olmaqla, bütün digər namizədlər keçmiş prezident Donald Trampdan reytinqcə aşağıdırlar.

Jurnal həmçinin qeyd edir ki, Baydenin ən yaxın müttəfiqləri belə onun debat performansınə fəlakət kimi qiymətləndirib.


SON XƏBƏRLƏR

01 Iyul 2024