• Bakı 28° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Azərbaycan güləşçisi Avropa çempionu oldu

İDMAN

30 Iyun 2024 | 11:50

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.

Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.

Bundan başqa Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.

Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.


SON XƏBƏRLƏR

01 Iyul 2024