• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Paris-2024: İdmançımızın iştirak edəcəyi yarış təxirə salındı

İDMAN

30 Iyul 2024 | 10:10

Paris-2024: İdmançımızın iştirak edəcəyi yarış təxirə salındı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.

Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də gerçəkləşə biləcəyi vurğulanıb. Lakin qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu hadisənin baş tutacağına zəmanət verməyib.

Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026