q
  • Bakı 14° C

    6.89 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Paris-2024: paralimpiyaçılarımız mübarizəyə başlayır

İDMAN

29 Avqust 2024 | 09:17

Paris-2024: paralimpiyaçılarımız mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, parataekvondoçu Sabir Zeynalov (58 kq) K44 kateqoriyası üzrə təsnifat mərhələsində çıxış edəcək.

Bu mərhələnin görüşləri Bakı vaxtı ilə 12:00-16:30-da keçiriləcək. Parataekvondo yarışlarının finalı isə Bakı vaxtı ilə 19:00-23:30-da baş tutacaq.

Paraüzgüçülük yarışlarında Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) mübarizə aparacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 12:26-da, final isə 20:10-da başlayacaq.

Parakamandan oxatmada isə Cahan Musayev bacarığını göstərəcək. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 15:00-da başlaycaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.


SON XƏBƏRLƏR

05 May 2026