• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Komandada çatışmazlıqlar var - Qurban Qurbanov

İDMAN

28 Avqust 2024 | 23:38 | Müəllif: Subhan Mahmudov

Komandada çatışmazlıqlar var - Qurban Qurbanov

Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib: "Məğlubiyyətə görə üzgünük. Futbolçularımın əziyyət çəkdilər. Azarkeşlərimizə də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sonadək bizi qələbəyə səslədiləır. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Təəssüf ki, qol hesabımızı aça bilmədik. Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq. "Dinamo" 2 oyun ərzində 5 qol vurub, məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur".

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026