• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanlı paralimpiyaçıların keçidi oldu - VİDEO

İDMAN

29 Avqust 2024 | 00:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı paralimpiyaçıların keçidi oldu - VİDEO

“Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Yelisey Çölləri prospektində start götürən tədbirə Konkord meydanında yekun vurulub.

Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.

Açılış mərasimini 65 min tamaşaçı izləyib. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyib.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında 7 növdə 18 idmançı ilə təmsil olunur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR