• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

İDMAN

30 Iyul 2024 | 09:36

Paris-2024: Azərbaycan medal sıralamasında neçəncidir?

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) ötən gün olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.

Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR