• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Fransa millisinin ulduz futbolçusu təcili İsveçə getdi – SƏBƏB

İDMAN

29 Iyun 2024 | 22:10

Fransa millisinin ulduz futbolçusu təcili İsveçə getdi – SƏBƏB

Kinqsli Koman təcili olaraq sevgilisinin yaşadığı İsveçə getməli olub.

Fransa yığması Avropa çempionatında 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Belçika olacaq. Qarşılaşma iyulun 1-nə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Kinqsli Komanın həmin qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil. 

"Bavariya"nın futbolçusunun yoxluğunun səbəbi sevindiricidir. Fransa təmsilçisinin xanımı tezliklə dördüncü övladını dünyaya gətirəcək.

28 yaşlı futbolçu "qırmızı şeytanlar"a qarşı oynamaq üçün vaxtında qayıtmağı hədəfləyir.

Koman indiyədək Avropa çempionatının bir oyununda iştirak edib. O, Hollandiya ilə görüşdə 15 dəqiqə meydanda olub (0:0)./lent.az


SON XƏBƏRLƏR

01 Iyul 2024