• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Çüdoçularımız AÇ-də 1 qızıl və 1 bürünc medal qazandı

İDMAN

28 Iyun 2024 | 10:27

Çüdoçularımız AÇ-də 1 qızıl və 1 bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıb. 

Bakıvaxtı.az xəbər verir ki, ilk yarış günündə qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-50 kq. çəkidə Bahadır Feyzullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məhəmmədəli Hüsiyev bürünc medal əldə edib. 

-60 kq. çəkidə Nihad Rəhimov və -48 kq. çəkidə Diana Eldarova yarışı 5-ci yerdə tamamlayıb.


SON XƏBƏRLƏR

29 Iyun 2024