• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanın üç idmançısı mübarizəyə başlayır - Paris-2024

İDMAN

28 Iyul 2024 | 09:15 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın üç idmançısı mübarizəyə başlayır - Paris-2024

Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.

Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026