• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Romao "Dinamo"ya qarşı oyunda meydana çıxacaq

İDMAN

26 Avqust 2024 | 17:20

Romao "Dinamo"ya qarşı oyunda meydana çıxacaq

"Qarabağ"ın futbolçusu Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan portuqaliyalı yarımmüdafiəçi yeni qaydalara əsasən növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq.

Belə ki, bu ildən tədbiq olunan yeniliklərə əsasən iki təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən biri silinir.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR