• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Qəbələ" tarixində 700-cü matçına çıxacaq

İDMAN

25 Sentyabr 2024 | 16:40

"Qəbələ" tarixində 700-cü matçına çıxacaq

"Qəbələ" tarixində 700-cü matçına çıxacaq.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan I Liqasının III turunda sabah Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Mingəçevir" matçı meydan sahibləri üçün əlamətdar olacaq.

İndiyədək 699 oyun keçirən komanda Premyer Liqada 540, Azərbaycan Kubokunda 85, avrokuboklarda 42, I Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb. “Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran bölgə təmsilçisi 794 top buraxıb.

Qeyd edək ki, “qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda I dəstənin ev görüşündə 8:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR