• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

“Qarabağ”ın matçına nə qədər bilet satılıb?

İDMAN

28 Iyul 2024 | 09:03

“Qarabağ”ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununa bilet satışı davam edir.

Bakıvaxtı.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq oyuna 16300 bilet satılıb.

İyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024