• Bakı 24° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Dünya Bankı Türkiyəyə 600 milyon dollar ayırıb

İQTİSADİYYAT

28 Iyun 2024 | 15:12

Dünya Bankı Türkiyəyə 600 milyon dollar ayırıb

Dünya Bankı Türkiyəni quraqlığa qarşı dəstəkləmək üçün 600 milyon dollar maliyyə dəstəyini təsdiqləyib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, bankın yaydığı açıqlamada yer alıb.

Açıqlamaya görə, Dünya Bankının İcraçı Direktorlar Şurası Türkiyənin artan daşqın və quraqlığa qarşı mübarizəsini gücləndirmək səylərini dəstəkləmək üçün 600 milyon ABŞ dolları məbləğində maliyyəni təsdiqləyib. 

"Dünya Bankı təbii fəlakət riskinin idarə edilməsi, bələdiyyə infrastrukturu, su ehtiyatlarının idarə edilməsi, mənzil və sağlamlıq sahələrində Türkiyənin etibarlı tərəfdaşıdır. Türkiyə iqlim dəyişikliyinə qarşı addım atmağın vacibliyini getdikcə daha çox dərk edir. Dünya Bankı 2053-cü ilə qədər Türkiyə xalqını və iqtisadiyyatını qorumağa dəstək verməyə qərarlıdır. Türkiyənin iqlimlə bağlı risklərə qarşı davamlılığını təmin etmək üçün genişmiqyaslı səylərini dəstəkləməkdən məmnunuq" - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Dünya Bankının ayırdığı vəsaitə daşqınlara qarşı mübarizə infrastrukturunun tikintisi və bərpasına əsaslanan həllərin pilot tətbiqi daxildir. Bu tədbirlər Şimali Egey, Şərqi Qara dəniz, Kızılırmak, Böyük Menderes, Qərbi Aralıq dənizi, Şərqi Aralıq dənizi və Qərbi Qara dənizdə 7 çay hövzəsində həyata keçiriləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024