• Bakı 25° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Qazaxıstan "Toncoin" kriptovalyutasını qanuniləşdirdi

İQTİSADİYYAT

28 Iyun 2024 | 17:49

Qazaxıstan Toncoin kriptovalyutasını qanuniləşdirdi

Qazaxıstanda rusiyalı iş adamı və proqramçı Pavel Durovun əsasını qoyduğu "Toncoin" kriptovalyutasının lisenziyası təsdiqlənib.

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstandakı Astana Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) açıqlama yayıb.

Bildirilib ki, "Toncoin" kriptovalyutasının lisenziyalı platformalarda istifadəsi təsdiqlənib. 

""Toncoin" AFSA tərəfindən müəyyən edilmiş tənzimləmə standartlarına uyğundur. İnvestorlar artıq AFSA lisenziyalı platformalarda "Toncoin" ticarəti edə bilərlər. "Toncoin"in ölkədə təhlükəsiz və şəffaf ticarət variantları axtaran yeni institusional və pərakəndə investorlar dalğasını cəlb edəcəyi gözlənilir", -  deyə açıqlamada qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

30 Iyun 2024