• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Özəlləşdirmədən büdcəyə daxil olan gəlir faizi artıb

İQTİSADİYYAT

26 Iyul 2024 | 14:41

Özəlləşdirmədən büdcəyə daxil olan gəlir faizi artıb

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 75 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bakıvaxtı.az Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeyd edilən dövr ərzində 29 hərrac keçirilib.

Hərraclarda 4 səhmdar cəmiyyətin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi satılıb. Bu ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb.

Hesabat dövrü ərzində investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC özəlləşdirilib. Bununla yanaşı, “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi aparılır.

Özəlləşdirmədən dövlət büdcəsinə 75 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artım qeydə alınıb.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024