• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

İQTİSADİYYAT

26 Iyul 2024 | 19:20

Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq”, - Ərdoğan bildirib.

O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. "Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır”.

"BYD" ilə müqavilə Türkiyədə ildə 150 ​​min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024