• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Çin və Serbiya arasında azad ticarət sazişi qüvvəyə minir

İQTİSADİYYAT

28 Iyun 2024 | 13:12

Çin və Serbiya arasında azad ticarət sazişi qüvvəyə minir

Çin və Serbiya arasında azad ticarət sazişi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Bakıvaxtı.az "Sinxua"ya stinadən xəbər verir ki, bununla bağlı Çin Xalq Respublikasının Ticarət Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, azad ticarət sazişi qüvvəyə minəndən sonra Çin və Serbiya rüsumları ikitərəfli qaydada 90 faizlik tədricən ləğv edəcək. Bununla da hər iki tərəfin idxalının payı təxminən 95 faizə çatacaq.

Eyni zamanda, saziş gömrük prosedurları və ticarətin asanlaşdırılması, sanitar və fitosanitar tədbirlər, texniki ticarət maneələri, ticarət proteksionizmi, daxili bazarın qorunması tədbirləri, mübahisələrin həlli, əqli mülkiyyətin qorunması, investisiya əməkdaşlığı və rəqabət kimi bir çox sahələrin inkişafına təkan verəcək.

Qeyd olunub ki, Çin-Serbiya Azad Ticarət SazişiÇin və Serbiya arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşməsinə təkan verəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024