• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə CƏLB OLUNDU - FOTO/VİDEO

HADİSƏ

29 Iyun 2024 | 21:29

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə CƏLB OLUNDU - FOTO/VİDEO

Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrinin və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.


SON XƏBƏRLƏR

01 Iyul 2024